Nihat Məmmədli “IQ Sports Agency” ilə əməkdaşlıq edəcək
04 Fevral 2025
“IQ Sports Media və Marketinq Agentliyi” dünya və Avropa çempionu güləşçimiz Nihat Məmmədli ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bundan sonra idmançıya media, marketinq, reklam bazarından təmsilçilik və şəxsi brendləşdirmə istiqamətində “IQ Sports Agency” xidmət göstərəcək. Bununla əlaqədar tərəflər arasında 1 illik müqavilə imzalanıb.
N.Məmmədli 2024-cü ildə dünya və Avropa çempionu tituluna yiyələnib.
Qeyd edək ki, “IQ Sports Agency” ölkəmizdə idman sektoruna media və marketinq xidmətləri göstərir. Azərbaycan idmanı və idmançıları üçün çox gözəl xəyalları olan agentlik bu yolda inamla irəliləyir və fəaliyyətini genişləndirmək istiqamətində uğurlu işlər görməkdədir.