“IQ Sports Media və Marketinq Agentliyi” dünya və Avropa çempionu güləşçimiz Ülvi Qənizadə ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bundan sonra idmançıya media, marketinq, reklam bazarından təmsilçilik və şəxsi brendləşdirmə istiqamətində “IQ Sports Agency” xidmət göstərəcək. Bununla əlaqədar tərəflər arasında 1 illik müqavilə imzalanıb.
Ü.Qənizadə 2024-cü ildə dünya, 2023-cü ildə isə Avropa çempionu tituluna yiyələnib. O, həmçinin 2021-ci ildə İslam Həmrəyliyi Oyunlarının gümüş medalçısı olub.
Qeyd edək ki, “IQ Sports Agency” ölkəmizdə idman sektoruna media və marketinq xidmətləri göstərir. Azərbaycan idmanı və idmançıları üçün çox gözəl xəyalları olan agentlik bu yolda inamla irəliləyir və fəaliyyətini genişləndirmək istiqamətində uğurlu işlər görməkdədir.