“IQ Sports Media və Marketinq Agentliyi” dünya və Avropa çempionu güləşçimiz Rafiq Hüseynov ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Bundan sonra idmançıya media, marketinq, reklam bazarından təmsilçilik və şəxsi brendləşdirmə istiqamətində “IQ Sports Agency” xidmət göstərəcək. Bununla əlaqədar tərəflər arasında 1 illik müqavilə imzalanıb.
R.Hüseynov 2011, 2020, 2022-ci ildə Avropa çempionu, 2021-ci ildə dünya çempionu tituluna yiyələnib. Tokio 2020 Olimpiya oyunlarının bürünc mükafatçısıdır.
Qeyd edək ki, “IQ Sports Agency” ölkəmizdə idman sektoruna media və marketinq xidmətləri göstərir. Azərbaycan idmanı və idmançıları üçün çox gözəl xəyalları olan agentlik bu yolda inamla irəliləyir və fəaliyyətini genişləndirmək istiqamətində uğurlu işlər görməkdədir.